Avakovu erməni kilsəsi və diasporu nazir edib

четверг, 10:44

Ukraynanın erməni daxili işlər naziri Arseni Avakov azərbaycanlıların heysiyyətinə toxunacaq açıqlama verib. 

Ermənilərin mədəniyyətindən, dünyaya verdiyi töhvələrdən, yaşadıqları ölkələrdə seçilən bir xalq olmasından, kilsənin bu xalqın tarixində tutduğu üstün mövqelərdən ağızdolusu danışan Avakov, bütün çərçivələri aşaraq, mənsub olduğu xalqa xas şəkildə fikirlər səsləndirib. Nazir Avakov (yan) erməni ideologiyasının təbliğatının tərəflərini o qədər ustalıqla həyata keçirib ki, hətta biranlıq başı bəlalı Ukraynada yüksək dövlət postu tumasını belə unudub. 

Müsahibəsinin kulminasiyası isə, tarix boyu ermənilərin təcavüzkar deyil, yaradıcı bir xalq kimi qələmə verməsi olub.

Avakova sual olunur – onda Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarağı hansı xalq işğal edib? Tolerant və çoxmillətli Ukraynada erməni nazirin qeyri-obyektiv açıqlamalarının hansı fəsadlar verəcəyini təxmin etmək elə də çətin deyil.

Qeyd edək ki, ilk etiraz elə Ukraynada yaşayan azərbaycanlılardan gəlib.

Məsələ ilə əlaqədar Aktual.az - a açıqlama verən Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun rəhbəri Hikmət Cavadov bildirib ki, nazir Arseni Avakov rəhbərlik etdiyi nazirliyin funksiyalarından çox erməni lobbiçiliyi ilə məşğuldur.

Diaspora rəhbəri qeyd edib ki, Avakovun bu posta gətirilməsində erməni kilsəsinin və diasporunun böyük dəstəyi, rolu olub:

“O, Ukraynanın daxili işlər naziri olaraq, məsələyə bu şəkildə yanaşmaqda ciddi yanlışlığa yol verib. Avakov tutduğu postdan sui istifadə etməklə erməni dəyirmanına su tökməklə məşğuldur. O, Daxili İşlər Nazirliyinin funksiyalarından çox erməni lobbiçiliyini həyata keçirir. Biz Avakovun müsahibəsindəki yanlışlıqla bağlı keçid hökümətinin nümayəndələri ilə söhbətlər etmişik. Diaspora təşkilatı olaraq, məsələni diqqətdə saxlayırıq və yaxın günlərdə bu barədə aidiyyəti orqanlara öz etiraz bəyanatınımızı təqdim edəcəyik”.

Ukrayna erməni nazir barədə ölçü götürməlidi

Bu arada Azərbaycanın siyası partiya rəhbərləri də məsələyə öz kəskin etirazını bildirib. Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev vurğulayıb ki, millətindən asılı olmayaraq, istənilən məmur xidmət etdiyi dövlətin konsepsiyasını rəhbər tutmalıdır:

“Mən Avronest Parlament Assambleyasında Azərbaycanı təmsil edən şəxs olaraq, hər zaman orada ukraynalı parlamentarilərin Azərbaycana dəstəyini görmüşəm. Biz də qarşı tərəfə eyni mövqedən çıxış edirik. Azərbaycanın BMT-nin Krımla bağlı tutduğu mövqeyi dediklərimizə əsasdır. İndi bu ölkənin daxili işlər naziri olan bir erməninin erməni mövqeyindən çıxış etməsi yanlışlıqdır, səhv addımdır. Bu tamamilə absurd məsələdir. Əslində, erməni xislətli nazirdən başqa mövqe də gözləmirdik. Ancaq həssas məqamlarda Azərbaycan əleyhinə yönələn mövqelər olacaqsa, biz Ukrayna hökümətinə bu barədə öz etirazımızı bildirəcəyik. Fikrimcə, milli mənsubiyyətindən asılı olmayaraq, istənilən məmur xidmət etdiyi dövlətin konsepsiyasına hörmətlə yanaşmalıdır”. 

Avakov erməni ideologyasını yayır

Politoloq Zərdüşt Əlizadə də oxşar fikirlər səsələndirib. Onun sözlərinə görə, Avakov nazir funksiyasını yerinə yetirmək əvəzinə mənsub olduğu xalqın ideologiyasını yaymaqla məşğuldur:

“Avakov müsahibəsində qeyd edir ki, ermənilər qəsbkar xalq deyil. Yəni Avakov demək istəyir ki, ermənilər Qarabağı işğal etməyib? Belə olan təqdirdə, bir ukraynalı məmur kimi, o, Krımın Rusiyanın torpağı olmasını qəbul etməlidır”.

Bir erməni nazirinin fikirləri heç nəyi dəyişmir 

Növbət müraciət etdiyimiz instansiya Azərbaycanın Daxili İşlər Nazirliyidi. Bu qurumu təsadüfi seçməmişik. Erməni nazirin daşnaksayağı fikirlərinə dövlət qurumunun mövqeyi də maraqlı olardı. Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov diqqətə çatdırıb ki, bir erməni nazirinin fikirləri heç nəyi dəyişmir: 

“Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır. Torpaqlarımızın da işğal altında olması beynəlxalq ictimaiyyət tərəfindən qəbul olnur. Bununla bağlı BMT-nin 4 qətnaməsi var. Bir erməninin belə çıxış etməsi heç nəyi dəyişmir”.

Avakov Ermənistana qovulsun!

Müəyyən təkliflər irəli sürən politoloq Qabil Hüseynli isə bildirib ki, məsələ ilə əlaqədar ciddi addımlar atılmalıdır: 

“Erməni əsilli nazir BMT-nin Baş məclisində Ukraynanın ərazi bütövlüyünün lehinə səs vermiş Azərbaycana qarşı belə bir naxələf bəyanatla çıxış edirsə və Ukraynanının maraqlarına deyil, ermənilərin maraqlarına xidmət etdiyini təsdiqləyirsə, ictimai rəyi çaşdırmağa çalışırsa, Ukraynanın rəhbər orqanlarından Azərbaycan tərəfi bu şəxs barəsində müvafiq tədbirlər görülməsini xahiş etməlidir. Bu şəxs oturduğu kürsüdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən Ukrayna dövlətinin maraqlarından başqa digər maraqlara xidmət etməməlidir. Avakov özünü Ermənistanın daxili işlər naziri kimi aparır. Ermənipərəst mövqeyi ortaya qoyan belə bir adamı vəzifədən klənarlaşdırıb Ermənistana göndərmək lazımdır”.

Bir nazir kimi Arseni Avakovu ciddi qəbul etməyən politoloq Vəfa Quluzadə məsələ barədə danışmağa lüzum görməyib.

Həsən Babayev/Aktual.az

 

Теги: 
Видео
Украина