Azərbaycan diasporu 20 Yanvarı Ukraynada belə qeyd etdi - Foto - Video

суббота, 19:50

20 yanvar 1990-c il "Qara yanvar" hadisələri Ukraynanın Dnepr şəhərində qeyd olunub.

Tədbirdə Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun sədri Hikmət Cavadov, Dnepropetrovsk Azərbaycanlılarının Birləşmiş İcmasının (DABİ) sədri Firuz İbrahimov iştirak edib. Tədbirə həmçinin, Kiyevden və Ukraynanın müxtəlif şəhərlərindən yüzlərlə soydaşımız qatılıb. 1000-dən çox adamın iştirak etdiyi tədbirdə 20 yanvar şəhidləri yad edilib. Tədbir çərçivəsində həmçinin Donbasda həlak olmuş müxtəlif millətlərin nümayəndlərinin dəfn edildiyi məzarlar ziyarət olunub.  

Azərbaycandan, başqa ölkələrdən və Ukraynanın bir çox şəhərlərindən olan qonaqların iştirakı ilə keçirilən tədbir, T. Şevçenko adına teatrın möhtəşəm zalında baş tutub. Həmin gün şəhərin fərqli nöqtələrində soydaşlarımızın kompakt yaşadığı ərazilərdə və məsciddə ehsan mərasimləri təşkil olunub. Tədbirin bədii hisssəsində tarzen Şəhriyar İmanov ve Ukrayna incəsənət xadimləri iştirak ediblər. 

Теги: 
Азейбаржан
Украина