Azərbaycanın Ukraynanın enerji təhlükəsizliyinə böyük töhfəsi

пятница, 17:09

Millət vəkili, Milli Məclisin Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev bu barədə Avrasiya.net-ə məlumat verib. Ona zəng edən Ukrayna Ali Radasının deputatı, Ali Radanın Ukrayna-Azərbaycan parlamentlərarası işçi qrupunun üzvü Oleq Medunitsa bildirib ki, martın 10-da “Ukrtatnafta” Odessa-Kremençuq boru kəməri vasitəsilə Azərbaycan neftinin ilk partiyasını alıb.

Rüfət Quliyev qeyd edib ki, bu 2 ölkənin parlamentlərarası işçi qrupları sıx əlaqə şəraitində işləyir və keçən ayın 18-22-də Ukraynalı deputatlar Bakıda olan zaman bir çox məsələlərlə yanaşı Azərbaycan neftinin Kremençuqa boru kəməri vasitəsilə nəqli məsələsi də gündəmdə olub. Çox sevindirici haldır ki, bu məsələ artıq gerçəkləşib, “Odessa-Kremençuq” neft kəməri neçə illər idi ki, fəaliyyət göstərmirdi. Yalnız neft təchizatının şaxələnməsi nəticəsində bu xətt işə salınıb. Azeri Light neftinin “Ukrtatnafta”ya çatdırılması ona imkan verib ki, Evro-5 standartlı benzinlərin istehsalına vaxtından əvvəl başlanılsın. “Ukrtatnafta”dan bildiriblər ki, Azərbaycan neftinin boru kəməri ilə nəqlinin bərpası Ukraynada neft emalının işinə güclü təkan verəcək.

“Ukrtatnafta” və “Ukrtransnafta”–nın birgə layihələrində bu il 1.3 milyon ton Azəri Light neftininUkrayınaya idxalı gözlənilir. Ümumiyyətlə, “Ukrtransnafta”ilə “Ukrtatnafta” keçən ilin noyabr ayının 2-də niyyət protokolu imzalamışlar ki, yaxın 3 ildə Kremençuq neftayrıma zavoduna 4 milyon ton Azərbaycan nefti ötürüləcək.

Hələ ötən ilin iyul ayında Ukrayna Prezidenti cənab Petro Poroşenkonun Bakıya səfəri zamanı Azərbaycan Prezidenti cənab İlham Əliyev həm Azərbaycanın, həm də Ukraynanın “Odessa-Brodı” layihəsinin reallaşmasında maraqlı olduğunu xüsusilə qeyd edib.

Deputat vurğulayıb ki, Azərbaycan neftinin Kremençuqa boru kəməri ilə ötürülməsi imkan verəcək ki, onsuz da yüksək səviyyədə olan Azərbaycan-

Ukrayna əlaqələri daha da genişlənib, hər iki xalqın maraqlarına xidmət etsin. Bu, bir daha sübut edir ki, Azərbaycan Avropanın enerji təminatında etibarlı və mühüm rola malikdir.

Теги: 
Азейбаржан