Azərbaycanlı deputat Kiyevdə ukraynalı həmkarları ilə “erməni soyqırımı” haqqında qanun layihəsini müzakirə etdi - FOTO

четверг, 19:47

Kiyevdə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun ofisində Azərbaycan parlamentinin deputatı Rüfət Quliyevlə Azərbaycan-Ukrayna parlamentlərarası İşçi Qrupunun rəhbəri Roman Nasirov arasında görüş keçirilib. Görüş Ukrayna Ali Radasına təqdim olunan “erməni soyqırımı”nın tanınması haqqında qanun layihəsi ilə bağlı olub. 

Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Eldar İbrahimovun tapşırığı ilə məhz “erməni millətinin soyqırımını qəbul etmək” haqqında qanun layihəsinin Ali Radada qeydiyyatdan keçməsini müzakirə etmək üçün Kiyevə gələn deputat Rüfət Quliyev Ukraynalı həmkarlarına Azərbaycan tərəfinin mövqeyini çatdırıb. Bildirib ki, Ukrayna xarici siyasətinin istiqamətini müəyyən etməzdən əvvəl, həm Azərbaycan, həm də Ermənistanın Ukrayna üçün nə etdiyi barədə düşünmək lazımdır. Əgər Azərbaycan bütün beynəlxalq təşkilatlarda, o cümlədən BMT-də Ukraynanın ərazi bütövlüyünü, iki ölkə arasında ticarəti və digər iqtisadi əlaqələri dəstəkləyirsə, Ermənistan elə həmin beynəlxalq təşkilatların tribunalarında tamam başqa mövqe ilə çıxış edir. 

Ukraynalı millət vəkili Roman Nasirov qeyd edib ki, Ukrayna Ali Radasında deputatlar çoxluğu Ukrayna-Azərbaycan əlaqələrinin möhkəmlənməsi üçün əllərindən gələni edir və bu münasibətlərin korlanmasına heç vaxt imkan verməyəcəklər. Ermənipərəst qüvvələrin nə etməsindən asılı olmayaraq “erməni millətinin soyqırımını qəbul etmək” haqqında qanun layihəsi qəbul edilməyəcək. R.Nasirov qeyd edib ki, Yanukoviçin prezidentliyi dövründə ona yaxın ermənipərəsət qüvvələr Ermənistana gizli yollarla silah satıb. Bu daha sonra Azərbaycan tərəfindən sübut olunub: “Mövcud hakimiyyətin idarəçiliyi zamanı bu mümkün deyil”. 

Ukrayna parlament qrupunun üzvü Maksim Kuriçiy qeyd edib ki, Donbasda müharibəni qızışdıran qüvvələr Ukraynanın beynəlxalq sahədəki müttəfiqləri ilə münasibətlərini korlamağa çalışır. Elə buna görə də, mətbuatda qərəzli məqalələr dərc edilib. Amma Ukrayna parlamenti qətiyyətlə buna qarşı çıxacaq. 

Ukraynalı digər millət vəkili Sergey Rudik, cəmi bir həftə bundan əvvəl Ukraynalı parlamentarilərin Bakıya rəsmi səfərini və ikitərəfli rəsmi görüşləri xatırladaraq, iki ölkə arasındakı parlament diplomatiyasının gələcəkdə daha da uğurlu nəticələr verəcəyinə inandığını bəyan edib. 

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov da Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətlinin iki ölkə arasındakı münasibətləri möhkəmləndirmək üçün gördüyü işlərdən danışıb. O qeyd edib ki, Ukrayna da Azərbaycan kimi separatizmdən əziyyət çəkir. Ermənistan Azərbaycan ərazilərinin 20%-ni işğal edərək özü təcavüzkar rolunda çıxış edir.

Görüşdə iştirak edən Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov parlamentarilər arasında müzakirə olunan məsələlərə aydınlıq gətirib.

H.Cavadov bildirib ki, görüşdə bu yaxınlarda Azərbaycanda səfərdə olan  Ukrayna Ali Radasının üç deputatı iştirak edib: “Görüş yüksən səviyyədə və qarşılıqlı anlaşma şəraitində baş tutdu. Azərbaycan tərəfdən millət vəkili Rüfət Quliyev “erməni soyqırımı”nın tanınması haqqında qanun layihəsinin Ukrayna Ali Radasına təqdim olunmasından təəssüfləndiyini və belə bir sənədin qəbulunun Azərbaycan-Ukrayna, Türkiyə-Ukrayna münasibətlərinə zərər verə biləcəyini istisna etmədi. Onlar isə qanun layihəsinin müzakirəyə çıxarılmaması istiqamətində bütün potensiallarından istifadə edəcəklərini bildirdilər”.

H.Cavadov deputat Rüfət Quliyevin qondarma soyqırımla bağlı Kiyev küçələrinə vurulmuş bilbordlardan da narahatçılığını ifadə etdiyini söyləyib: “Ukraynalı deputatlar cavab olaraq qeyd etdilər ki, Ukraynada reklam lövhələri üzərindəki məlumatların xarakterini tənzimləyən Qanun var. Müəyyənləşdirilmiş konkret ktiteriyalara uyğun gələn reklam materiallarının  bilbordlara vurlmasının qarşısını inzibati yollarla almaq mümkün deyil. Küçələrdəki həmin lövhələr reklam şirkətləri tərəfindən icarəyə götürülür”. 

H.Cavadov bildirib ki, UABD bu ilin fevral ayının 26-da Xocalı soyqırımı günü  Kiyevin bütün mərkəzi metrostansiyalarının içində laydbokslar, əksər küçələrdə isə hazırda qondarma “erməni soyqırımı” ilə bağlı vurulmuş bilbordlardan qat-qat böyük ölçülü bilbordlar vurublar: “Bundan başqa, Jitomir şəhərində də bir çox yerlərdə həmin bildiriş lövhələrinə Xocalı soyqırımına aid böyük ölçülü  materiallar yerləşdirmişdik”.

Ukrayna parlamentində Azərbaycanı dəstəkləyən kifayət qədər qüvvə olduğunu deyən diaspor sədri hesab edir ki, Ukrayna-Azərbaycan münasibətlərinə xələl gətirməkdə maraqlı olan qüvvələrın atdığı addımlar həmişə olduğu kimi bu dəfə də puça çıxacaq.

Теги: 
Азейбаржан
Наши гости
Украина