Kanadada Novruz bayramı qeyd olunub

суббота, 14:55

Kanadanın Edmonton şəhərində Novruz bayramı ilə bağlı mərasim keçirilib.
 
Edmontondakı Azarbaycan Mədəniyyət Mərkəzi tərəfindən təşkil edilən tədbirdə Alberta ştatının rəhbəri Raçel Notley və Edmonton şəhərinin meri Don Iveson, o cümlədən digər rəsmilər də iştirak ediblər.
 
Həmçinin tədbirə Ukrayna Azarbaycanlıları Birləşmiş Diasporunun müavini Elşad İbrahimov da qatılıb. Bu da dünya azərbaycanlıları arasında birlik nümunəsidir.
 
Mərasimdə öncə Raçel Notley və Don Ivesonun bayram təbrikləri oxunub.
 
Sonra Kanadanın naqliyyat və infrastruktur naziri Amarjet Sohi çıxış edərək azərbaycanlıların Novruz bayramını təbrik edib. Öz həyat yoldaşı ilə tədbirdə iştirak etməkdən məmnun olduğunu deyən Amarjet Sohi Novruz bayramı, eləcə də azərbaycanlılar haqqında xoş sözlərini dilə gətirib.
 
Edmontondakı Azarbaycan Mədəniyyət Mərkəzinin sədri Fatimə Məmmədova yerli rəsmilərə tədbirə qatıldıqlarına görə minnətdarlığını bildirib. Fatimə Məmmədova azərbaycanlıların harada yaşamalarından asılı olmayaraq Novruz bayramını sevgi və coşğu ilə qeyd etdiklərini deyib.
 
Bayram mərasimində azərbaycanlılardan ibarət "Qarabağ" qrupu və ansamblı milli rəqslərimizi ifa ediblər. Qrupun solisti Şahmurad Eyyubov isə "Azərbaycan" şeirini söyləyib. Uzaq Kanadada Novruz abi-havası yaradılan mərasimdə qonaqlara milli yeməklər, eləcə də bayram şirniyyatları təqdim olunub.
Теги: 
Мир