Kiyevin mərkəzi küçəsində, Birinci Avropa Oyunlarina dəstək aksiyasi keçirilib

среда, 20:00

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu və Ümum Ukrayna Azərbaycanlı Gənclər Təşkilatı Kievin mərkəzində 12-28 İyun tarixlərində Bakıda keçirələcək Birinci Avropa Oyunlarına dəstək aksiyası keçirib.

Belə ki, Kievin mərkəzi küçələrində ukraynanlılara təxminən 2000 ədəd Avropa Oyunları Bakı 2015-ın tanınıtım broşurları paylanılıb. Şəhərdə bu oyunlara maraq böyük olduğu üçün gənc fəallar Müstəqillik Meydanında insanları Avropa Oyunları barədə məlumatlandırıblar. Bundan əlavə, Maydanda Avropa Oyunları Baku 2015-ə həsr edilmiş plakat, Azərbaycan və Ukrayna bayraqları dalğalandırılıb.

Xatırladaq ki bu Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Birinci Avropa Oyunlarına həsr edilmiş sulsilə tədbirlərindən biridir. Bundan oncə Azərbaycanda, Ukrayna fan-klubunun yaradılması və 1000 ədəd Ukrayna bayrağının sifariş edilməsi, Kiyevdə bakiya gedəcək idmançılarla görüşün təşkil edilməsi, “Bakı gözlə bizi” adlı Azərbaycan klassiklərinin şerlərinin Ukrayna idmançılarının dilindən səslənməsi kimi layihələri qeyd etmək olar. Yaxın günlərdə Kiyevdə Bakı 2015 avtoyürüşünün keçirilməsi planlaşdırılır.

Теги: 
Спорт