Maryupolda yaralanan AZƏRBAYCANLI müsahibə verdi - VİDEO

четверг, 15:11

Maryupolda yaralanan azərbaycanlı Asif Ələkbərov  Diaspor TV-yə müsahibə verib. 
 

Qeyd edək ki, dünən UABD-nin diqqətini 93 nəfərlik siyahıda 88-ci adamın azərbaycanlı adı və soyadına çox bənzəyən bir nəfər cəlb edib: “Bu Ələkbərov Asif Roman oğludur (Aliqberov Asif Romanoviç, 30.06.1984 q.r., Mariupolğ, ul.Qonçarova). Bu adamla bağlı UABD-nin yerli bölmələri araşdırmalara başlamışdı. Hazırda Maryupolda xəstəxanada müalicə alan A.Ələkbərovun tapılmasında Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu fəallıq nümayiş etdirib.  
 

Asif Ələkbərovun vəziyyəti hazırda normaldır. Mariuplda təxminən 500 nəfərə yaxın azərbaycanlının yaşadığını deyən Asif Ələkbərov Diaspora TV-ə hadisənin necə baş verməsindən və hazırda şəhərdəki vəziyyətdən danışıb.

Теги: 
Видео