“Qarabağ ermənilərə məzar olacaq” deyən türkə - Cinayət işi açıldı

суббота, 13:22

Niderland Krallığında fəaliyyət göstərən Azərbaycan-Türk Kültür Dərnəyinin rəhbəri İlhan Aşkına qarşı erməni diasporasının iddiası ilə açılan məhkəməyə bir aydan az vaxt qalıb.Cinayət işinin açılmasına səbəb onun 2014-cü ildə Hollandiyanın Almado şəhərində “erməni soyqırımı” abidəsinin tikilməsinə etiraz olaraq etdiyi çıxışı olub.

Qeyd edək ki, İlhan Aşkına Hollandiya cinayət məcəlləsinin 137d maddəsi ilə cinayət işi açılıb. O, rasizmdə ittiham olunur.

Dünya Azərbaycanlılarının Beynəlxalq Koordinasiya Mərkəzinin (DABKM) sədri Hikmət Cavadov isə təcili şəkildə hərəkətə keçmək lazım olduğunu bildirir:

“Bu məhkəmə prosesi dünyadakı bütün Azərbaycan diaspor təşkilatlarına qarşıdır. Hazırda yanlış addım atmamaq üçün İlhan Askının vəkili ilə məsləhətləşmələr aparırıq. Yeri gəlmişkən, Avropada vəkil xidməti bahalıdır və bu məsələdə mütləq maddi yardım göstərmək gərəkdir. Bir daha təkrar edirəm ki, bu, ümümmilli məsələdir və həmkarımız tək bir şəxslə deyil, oradakı erməni diasporu ilə üz-üzədir. Lazım gəldiyi halda dünyanın müxtəlif ölkələrindəki diaspor təşkilatlarından və eləcə də, bizə yaxın mövqedə olan beynəlxalq təşkilatlardan məhkəməyə müraciətlər ünvanlanmalıdır. Bu işdə milli mətbuatımızın aktivliyinə də böyük ehtiyac var. Prosesi uduzduğumuz halda düşmən diasporu bu qərardan dünyanın hər yerində haqq mövqeyimizə qarşı istifadə edəcək. Dünya Azərbaycanlılarının Beynəlxalq Koordinasiya Mərkəzi bütün təşkilatlarımızı birgə aktivliyə çağırır. Diaspor fəaliyyəti heç də bayramlarda xonça bəzəyib konsertlər keçirmək, qarşılıqlı təriflər və alqışlarla müşayiət olunan toplantılar təşkil etməkdən ibarət deyil”.

Azərbaycan-Türk Kültür Dərnəyinin rəhbəri İlhan Aşkın isə açıqlamasında bildirib ki, 2014-cü ildə etdiyi “Əgər savaş çıxarsa, Qarabağ ermənilərin məzar yeri olacaq” ifadəsinə görə 2016-cı ildə haqqında cinayət işi açılıb:

“Hollandiyanın ən güclü vəkillərindən birini tutmuşam, lakin burada qiymətlər çox bahadır. Vəkilin pulunu dost-tanışlardan toplayaraq vermişəm”.

İ.Aşkının sözlərinə görə, yardım üçün Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinə ötən il müraciət edib, söz versələr də hələki yardım göstərilməyib:

Milli Məclisdə təkcə Qənirə xanım bir dəfə bu məsələni qaldırdı, bununla da mövzu bağlandı. Bir deputat mənə zəng edib maraqlanmadı. Axı bu sadəcə mənim şəxsimdə açılmış məhkəmə işi deyil. İstərdim ki, məhkəmə günü gəlib burada mənə dəstək olsunlar”.

"Qafqazinfo" məsələ ilə bağlı Diasporla İş üzrə Dövlət Komitəsinin mövqeyini öyrənib. Komitənin informasiya şöbəsinin müdiri Elşad Miraləm bildirib ki, Azərbaycan dövləti qanunvericilik çərçivəsində İlhan Aşkına yardım göstərilməsi üçün bütün lazımi tədbirləri həyata keçirir.

 

“Qarabağ ermənilərə məzar olacaq” deyən türkə -  Cinayət işi açıldı




 

Теги: 
Азейбаржан