Ukraynada türkdilli ölkələrin diaspor təşkilatlarının birgə toplantısı keçirilib

понедельник, 16:36

Kiyevdə Ukraynadakı türkdilli ölkələrin - Diaspor Regional Mərkəzi İcra Komitəsinin yığıncağı keçirilib.

Toplantıya Türkdilli Ölkələrin Əəməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov sədrlik edib. Şuranın Kiyev Regional Mərkəzində keçirilən toplantıya Ukraynadakı Azərbaycan, Qazaxıstan, Qırğızıstan diasporları və Türkiyə səfirliyinin nümayəndələri, Türkiyənin Xaricdəki türklər və qohum topluluqlar təşkilatının təmsilçiləri qatılıb.

R. Həsənov Şuranın fəaliyyəti və diaspor sahəsində bu günə qədər görülən işlərdən danışıb. Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun rəhbəri, Türk Şurasının Kiyev Regional Mərkəzinin koordinatoru Hikmət Cavadov, "Dostuk" Qazax Mədəniyyət Mərkəzinin rəhbəri Danil Ayazbayev, Qırğızıstan diasporunun rəhbəri Şerali Janaliev və Türkiyə Cümhuriyyətinin Kiyevdəki səfirliyinin nümayəndəsi Mehmet Aktaş diasporlar arasındakı əlaqələrin əhəmiyyətindən bəhs ediblər. Bildirilib ki, 2014-cü ilin dekabrın 24-də yaradılan Türk Şurasının Kiyev Regional Mərkəzinin koordinatoru vəzifəsinə ölkələrin əlifba sırası ilə Azərbaycanın diaspor rəhbəri Hikmət Cavadov rəhbər təyin olunub. H. Cavadovun səlahiyyət müddəti iki il olub və bu gün o, koordinatorluğu Qazax Mədəniyyət Mərkəzinin rəhbəri D. Ayazbayevə təhvil verib.

 

Apa.az

Теги: 
Азейбаржан
Украина