Ukraynadakı diasporumuz səs verir - Fotolar

среда, 14:58

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov və təşkilatın bir qrup üzvü Azərbaycanın Ukraynadakı səfirliyində yaradılmış seçki məntəqəsində səs veriblər. 
Bu barədə XəzərNews.az-a açıqlama verən UABD sədri H.Cavadov bildirib ki, məntəqədə seçicilərin öz siyasi iradələrini azad və demokratik şəraitdə ifadə etmələri üçün hər cür şərait yaradılıb: “Ukraynada yaşayan, çalışan və təhsil alan Azərbaycan vətəndaşları səsvermədə fəal iştirak edirlər. Ümid edirik ki, bu fəallıq günün sonuna kimi davam edəcək”. 
 
H.Cavadov bildirib ki, Kiyevdə, xüsusən də Ukraynanın müxtəlif şəhərlərində yaşayan Azərbaycan vətəndaşlarının səsvermədə iştirakları üçün sədri olduğu diaspor təşkilatı tərəfindən də müvafiq maarifləndirmə işləri aparılıb. 
 
 
Теги: 
Украина