Xocalıda azərbaycanlıların soyqırımı Kievdə, beynəlxalq sərgidə nümayiş olundu

суббота, 17:57

Forumda  azərbaycanlı rəssam Rasim Sevdimov da daxil olmaqla  Gürcüstanlı, Moldovalı, Ukraynalı 40 rəssamın sənət əsərləri nümayiş olunub.  Axzərbaycanın Ukraynadakı səfirliyi və Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) dəstəyi ilə baş tutan “Xeyirxahlıq Elçiləri” layihəsində    Rasim Sevdimovun əsərləri Xocalı soyqırımına həsr edilib və böyük marağa səbəb olub. forum Maydan hadisələrinin il dönümünə təsadüf etdiyindən, hadisələr zamanı çəkilmiş fodəsətolar da sərgilənib. Sərgidə çıxış edən Xocalıda azərbaycanlıların soyqırımını dünya ictimayyətinə çatdırmaq üçün müxtəlif səpkili tədbirləri ilə tanınan Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov erməni vəhşiliklərini dünyaya tanıtmaq üçün daha fərqli üsullardan istifadə etmək lazım olduğunu bildirdi: “Xocalıda azərbaycanlıların soyqırımını xarici təşkilatlara və əcnəbilərə tanıtmaq üsulunda dəyişikliklər-yeniliklər etmək çox vacibdir. Yalnız faciənin ildönümü ərəfəsində öz həmvətənlərimizi bir araya gətirərək onlara məlumat verməkdənsə xarici vətəndaşları Xocalı faciəsi qurbanları haqqında məlumatlandırmaq  daha məqsədəuyğundur. Məsələn,  15 gün davam edəcək bu beynəlxalq sərgi nəticəsində minlərlər insan Xocalıda azərbaycanlıların soyqırımı haqqında məlumat alacaq və bukletlər əldə edəcəklər. ” Azərbaycanın Ukraynadakı Fövqaladə və Səlahiyyətli səfiri Eynulla Mədətli isə bu cür sərgilərin ortaq separatizmdən əziyyət çəkən Ukrayna və Azərbaycan xalqlarını daha da yaxınlaşdırdığını dedi. Qeyd edək ki, Kievin ən böyük sərgi mərkəzində baş tutan forum noyabr ayının 30-na kimi davam edəcək. 

Теги: 
Изображение
Украина