Kiyevdə Həmrəylik Günü qeyd edildi

п'ятниця, 00:00

Kiyev şəhərində Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun qarşıdan gələn Dünya Azərbaycanlıları Həmrəyliyi Gününə həsr olunmuş toplantısı keçirilib.

Bakupost.az bildirir ki, toplantıda başa çatmaqda olan 2022-ci ilin yekunları müzakirə olunub. UADB sədri Hikmət Cavadın dəvətilə tədbirdə Ukrayna parlamentinin Ukrayna – Azərbaycan parlamentlərarası işçi qrupunun rəhbəri Volodımır Kreydenko da iştirak edib. Cari məsələləri də müzakirə edən UADB idarə heyətinin üzvləri təşkilatın 2022-ci ildəki fəaliyyətinə yekun vurublar.

Tədbirdə nitq söyləyən V.Kreydenko bildirib ki, Ukrayna hökuməti və xalqı hazırkı müharibə zamanı Azərbaycan diasporunun yardımlarını yüksək qiymətləndirir, göstərilən humanitar yardımlara, habelə ölkənin ərazi bütövlüyünü beynəlxalq miqyasda müdafiə etdiyinə görə Azərbaycana minnətdardır. “Ali Radanın üzvü olaraq deyə bilərəm ki, ölkə parlamenti və hökuməti Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyiblər. Biz də Azərbaycanın Qarabağ üzərindəki suverenliyini tam şəkildə bərpa etmək üçün göstərdiyi səyləri dəstəkləyirik” – deyə ukraynalı millət vəkili vurğulayıb.

Daha sonra söz alan Hikmət Cavad Ukraynadakı Azərbaycan diasporunun ölkənin müdafiəsində yaxından iştirak etdiyini diqqətə çatdırıb: “Azərbaycanın Ukraynanın haqq işinə dəstək verməsi, ölkəyə humanitar yardımlar göndərməsi diasporumuzu sevindirir. Azərbaycanda baş verənlərə obyektiv qiymət verən ukraynalı millət vəkillərinə Azərbaycan diasporu təşəkkür edir. Biz diasporumuzun parlamentlə əlaqələrini daha da genişləndirmək, birgə layihələr həyata keçirmək niyyətindəyik. Azərbaycan diasporu həmişəki kimi tarixi Vətənimizin mənafeyini qorumaqda Azərbaycan dövlətinin yanındadır”.
 
H.Cavad və V.Kreydenko qarşıdan gələn Dünya Azərbaycanlıları Həmrəyliyi Günü münasibətilə tədbir iştirakçılarını təbrik etdikdən sonra UABD idarə heyəti üzlərinin iştirakı ilə müzakirələr keçirilib.
 
Jurnalist Əliisa Dəmirov Ukrayna və Azərbaycan mediasının baş verənlərə dair obyektiv xəbərlər yayması barədə danışıb: “Ukrayna və Azərbaycan KİV-ləri informasiya müharibəsində səylərini birləşdirməlidir”. Ukrayna energetika nazirinin sabiq müavini Burzu Əliyev qeyd edib ki, bu gün Ukrayna torpaqlarında nəinki bu ölkənin, habelə Rusiyanın işğalçılıq siyasətinə məruz qalmış bir çox dövlətlərin də taleyi həll olunur: “Əminəm ki, Ukrayna qələbə qazansa, başqa ölkələr də öz ərazilərini geri qaytara biləcəklər”. Şərqşünas alim Fərhad Turanlı Azərbaycanla Ukraynanın beynəlxalq təşkilatlarında bir-birinə dəstək vermələrinin əhəmiyyətinə toxunub: “Ölkələrimiz bir-birinin mövqeyini həmişə müdafiə ediblər. Biz ölkələrimizin ərazi bütövlüyünün tezliklə bərpası, separatçılıq ocaqlarının söndürülməsi üçün beynəlxalq təşkilatlar çərçivəsində də hərtərəfli işlər görməliyik”.
 
İş adamı İlqar Abbasov Ukraynadakı müharibədən əziyyət çəkən dinc əhaliyə və Silahlı Qüvvələrə azərbaycanlı diasporunun maddi yardımlarından bəhs edib və bu yardımların hazırda da davam etdirildiyini dilə gətirib. Şakir Yəhyayev Ukraynaya göstərdikləri dəstəyə görə bir çox azərbaycanlıların hökumət tərəfindən təltif olunduqlarını, bunun da diasporumuzun nə qədər fəal olduğunu göstərdiyini bildirib. Ukrayna Qəhrəmanı Serhiy Kulçitskiy adına könüllü taborunun döyüşçüsü Vidadi İsrafilov Ukrayna ordusu sıralarında xeyli sayda soydaşlarımızın vuruşduğunu, onlardan birinin Ukrayna Milli Qəhrəmanı adına layiq görüldüyünü diqqətə çatdırıb: “Ukraynada yaşayan azərbaycanlılar ölkələri üçün canlarından keçməyə hazırdır”.
 
Tədbirin sonunda qarşıdan gələn Dünya Azərbaycanlıları Həmrəyliyi Günü münasibətilə ziyafət təşkil edilib.
 
https://www.bakupost.az/kiyevde-hemreylik-gunu-qeyd-edildi-foto

В Киеве состоялось заседание Объединенной диаспоры азербайджанцев Украины (ОДАУ), посвященное итогам 2022 года и приуроченное предстоящему Дню солидарности азербайджанцев мира. На заседании члены Правления ОДАУ обсудили текущие вопросы и подвели итоги деятельности организации, осуществленной в 2022 году.
 
Приглашенный мною на мероприятие сопредседатель рабочей группы по межпарламентским связями между Украиной и Азербайджаном Владимир Крейденко заявил, что правительство и народ Украины высоко оценивает помощь азербайджанской диаспоры в условиях войны и выражает благодарность Азербайджану за оказываемую гуманитарную помощь и поддержку в деле защиты территориальной целостности страны на международной арене.
«Как депутат Верховной рады могу заявить, что парламент и правительство страны всегда признавали территориальную целостность Азербайджана. Мы также поддерживаем усилия Азербайджана по окончательному восстановлению своего суверенитета в Карабахе», - подчеркнул он.
 
В своем выступлении я отметил, что азербайджанская диаспора активно вовлечена в дело защиты Украины и нас радует, что Азербайджан оказывает поддержку справедливому делу Украины и осуществляет гуманитарную помощь. Депутаты Верховной рады дали объективную оценку происходящим в Азербайджане событиям за что азербайджанская диаспора выражает свою благодарность. Мы намерены углубить связи диаспоры с парламентом, осуществлять совместные проекты.
Азербайджанская диаспора как и всегда стоит рядом с азербайджанским государством, защищая интересы исторической родины.
Затем выступившие члены Правления ОДАУ Алииса Демиров, Бурзу Алиев, Фархад Туранлы, Ильгар Аббасов, Гурбан Аббасов, Шакир Яхъяев, Видади Исрафилов и другие рассказали о текущих задачах азербайджанской диаспоры в период войны с агрессором.
 
Мероприятие завершилось банкетом по случаю предстоящего Дня солидарности азербайджанцев мира.
 
 

 

Теги: 
Украина