Komitə əməkdaşları və diaspor nümayəndələri ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

середа, 00:00

Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) əməkdaşları və hazırda Azərbaycanda olan diaspor nümayəndələri görkəmli dövlət xadimi, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Fəxri Xiyabanı ziyarət ediblər.

DİDK əməkdaşları və diaspor nümayəndələri ulu öndərin abidəsi önünə əklil qoyub, xatirəsinə ehtiramlarını bildiriblər.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarına gül dəstələri düzülüb.

 

https://diaspor.gov.az/az/news-detail/komite-emekdaslari-ve-diaspor-numayendeleri-ulu-onder-heyder-eliyevin-mezarini-ziyaret-edibler-2924?fbclid=IwAR0HlheLkEGDmtqNqaFKT2YVBheefeB9PyPKdR1SXFGRkHM7LVRFbNM2W2o

Теги: 
Новости регионов